Agromanda : bütün xidmətlərə 20%
AgroMan loqosuAgroManToxum və gübrə mağazasıКонтакты
KUPRİN

KUPRİN

14% MİS

Написать в WhatsApp

Tərkibində 14% mis (Cu) olan xelatlı və sistemli maye mis gübrəsidir. Meyvə və bitkilərdə ləkə yaratmır, yarpaqdan və torpaqdan tətbiqdə yüksək effektivlik göstərir. Bitkiyə təsiri: mis xlorofilin əmələ gəlməsi üçün əsas elementdir, liqnin sintezində iştirak edir, fotosintez və bitki tənəffüsündə mühüm rol oynayır, karbohidrat və zülal mübadiləsinə kömək edir, məhsulun dadını, rəngini və çiçəklərin sayını artırır. Mis çatışmazlığının nəticələri: yarpaqların solması və deformasiyası, rəng dəyişikliyi, çiçək tökülməsi. Xüsusiyyətləri: güclü bakterisid və funqisid təsirə malikdir; yarpaq qıvrılması və ləkəsi, gec yanıqlıq, pas, kif, fitoftora, antraknoz və kök çürüklüyünə qarşı təsirlidir.